Əfqanıstan “Taliban”la sülh istəyir

efqanistan-talibanla-sulh-isteyir
Oxunma sayı: 1016

Əfqanıstan prezidenti Əşrəf Qəni ölkəsinin “Taliban”la sülh danışıqlarına hazır olduğunu bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstan üzrə təmsilçisi Zalmay Xəlilzadı qəbul edən Qəni əfqan xalqının hər şeydən çox sülh tərəfdarı olduğunu bildirib:

“Son bir həftədir danışıqlar üzrə komissiyanın qurulması üçün liderlər və etnik qrup təmsilçiləri ilə keçirdiyim görüşlərədə hamı sülh müzakirələrinin dərhal başladılmasını istəyir”. 

Xəlilzad ABŞ-ın Əfqanıstanın dostu və strateji tərəfdaşı olduğunu bildirərək, hər zaman dəstək verməyə hazır olduqlarını deyib.