Əfqanıstana ABŞ və “Taliban” hücumu - 50 ölü var

efqanistana-abs-ve-taliban-hucumu
Oxunma sayı: 1070

Əfqanıstanın Lahor əyalətində ABŞ Hərbi Hava Qüvvələri və “Taliban”ın hücumu nəticəsində 50 dinc sakin və təhlükəsizlik əməkdaşı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, otuz beş təhlükəsizlik qüvvələri əməkdaşı və dinc sakin qarşıdurma zamanı öldürülüb. On beş polis əməkdaşı isə ABŞ-ın aviazərbəsi nəticəsində qətlə yetirilib. 

“Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mujahid hücum etdiklərini təsdiqləyib.