Əfqanıstana daha bir nota verdik

efqanistana-daha-bir-nota-verdik
Oxunma sayı: 638

"Azərbaycan yenidən Əfqanıstan XİN-ə meyitlərin qəzanın səbəblərinin araşdırılması üçün yaradılan Azərbaycan komissiyasının üzvlərinə vermək üçün Kabilə çatdırılmasına yardım etmək xahişi ilə nota təqdim edib", - Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov məlumat verib.

Azərbaycan analoji nota ilə Əfqanıstan hakimiyyətinə bazar günü də müraciət etmişdi.
Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər. "Azərbaycan bütün mümkün yollarla təyyarənin həlak olmuş ekipaj üzvlərinin meyitlərini onun düşdüyü yerdən götürməyə çalışır, lakin təəssüf ki, bütün bu səylər hələlik heç bir nəticə vermir. Təyyarənin düşdüyü yerə çatmağa cəhd göstərilərkən "Taliban" hərəkatının qüvvələri həmin yeri atəşə tuturlar", - diplomat qeyd edib.

"Koalisiya qüvvələrinin Azərbaycan Mülki Aviasiya Administrasiyası nümayəndələrinin və təyyarənin məxsus olduğu "Silk Way" şirkətinin mütəxəssislərinin daxil olduğu qəzanı araşdıran komissiyanın üzvlərini müşayiət etmək üçün 300-ə yaxın əsgər ayırmasına baxmayaraq, orada keçirilən antiterror əməliyyatları üzündən komissiya hələ də hadisə yerinə çata bilməyib", - səfir deyib.