Əfqanıstanda 14 dinc sakin öldürülüb, yarısı uşaqdır

efqanistanda-14-dinc-sakin-oldurulub-yarisi-usaqdir
Oxunma sayı: 644

Mayın 20-22-si tarixlərində Əfqanıstana endirilən hava zərbələri nəticəsində 14 nəfər dinc sakin dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının (MOOHCA) Tvitter səhifəsində yazılıb. Daha 10 nəfərin isə yaralandığı bildirilir. Hücumlar Əfqanıstanın cənubundakı Qilmend və Kunar əyalətlərinə edilib.

Ölənlərdən 5-i qadın, 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.