Əfqanıstanda 2 ABŞ hərbçisi öldürüldü

efqanistanda-2-abs-herbcisi-olduruldu
Oxunma sayı: 805

Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb. “Qafqazinfo” bildirir ki, bu barədə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının saytında yerləşdirilən bəyanatda deyilir.

Həlak olan hərbçilərin şəxsiyyəti və hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin olunması üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatların yerinə fəaliyyətə başlayıb.