Əfqanıstanda 29 polis və 9 dinc sakin öldürülüb

efqanistanda-29-polis-ve-9-dinc-sakin-oldurulub
Oxunma sayı: 972

“Taliban” radikal qruplaşmasının Əfqanıstanın Farah əyalətinə hücumu nəticəsində azı 29 polis əməkdaşı və 9 dinc sakin öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, rayon polisi Əbdül Cabarın sözlərinə görə, hücuma məruz qalan rayon döyüşçülərin nəzarətinə keçib, sakinlərin evləri yandırılıb. 

Yerli hökumət orqanlarının məlumatına görə, Farah əyaləti İranla sərhəddə yerləşir və bu yolla “Taliban” döyüşçüləri əyalət ərazisinə daxil olurlar.