Əfqanıstanda 5 kənd İŞİD-dən azad edildi

efqanistanda-5-kend-isid-den-azad-edildi
Oxunma sayı: 1179

Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Hoqyani rayonunda İŞİD-ə qarşı əməliyat keçirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, əməliyyatda 26 terrorçu məhv edilib, 30-u isə yaralanıb.

Bundan başqa, 5 kənd İŞİD-dən azad edilib. Əməliyyat çərçivəsində yol kənarlarına yerləşdirilən 21 mina zərərsizləşdirilib.

Digər rayonlarda da terrorçulara qarşı əməliyyatların başlanılacağı açıqlanıb.