Əfqanıstanda daha 14 hərbçi öldürülüb

efqanistanda-daha-14-herbci-oldurulub
Oxunma sayı: 704

Əfqanıstanda ondan çox hərbçi taliblərin hücumu nəticəsində ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Taliban” radikal hərəkatı döyüşçüləri orduya məxsus nəzarət-buraxılış məntəqəsinə hücum təşkil ediblər. Hücum nəticəsində 14 hərbçi öldürülüb, ağır artilleriya məhv edilib. 

Qeyd edək ki, ötən həftə sonu Əfqanıstan prezidenti Əşrəf Qani hökumətlə “Taliban” arasındakı atəşkəsin daha 10 gün uzadıldığını elan edib. Hərəkat isə öz növbəsində bu təşəbbüsü dəstəkləmədiyini bəyan edib.