Əfqanıstanda dəfn zamanı terror - 4 ölü, 9 yaralı

efqanistanda-defn-zamani-terror
Oxunma sayı: 780

Əfqanıstanın Bəlx əyalətində dəfn mərasimi zamanı silahlı hücum olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

İnsidentə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.