Əfqanıstanda dəfndə terror törədildi

efqanistanda-defnde-terror-toredildi
Oxunma sayı: 739

Əfqanıstanda“Taliban” terror qruplaşmasının liderlərindən birinin dəfn mərasimində terror hadisəsi törədilib.

“Qafqazinfo” “Khaama Press”ə istinadən xəbər verir ki, Saya rayonunda qruplaşma liderlərindən olan Şira Məhəmməd Qəzənfərin dəfni zamanı “İŞİD” terror təşkilatının terrorçu-kamikadzesi özünü partladıb. Nəticədə 1-i Qəzənfərin qardaşı olmaqla, “Taliban”ın 15 döyüşçüsü ölüb, 5 nəfər isə yaralanıb. Bildirilir ki, Şira Məhəmməd Qəzənfər elə “İŞİD”lə döyüş zamanı həlak olub.

Qeyd edək ki, Əfqanıstanda “İŞİD” və “Taliban” ərzidə nüfuz sahibi olmaq uğrunda savaşır.

Aysel Kərimova