Əfqanıstanda hərbi bazaya terror hücumu - 140 əsgər öldü

efqanistanda-herbi-bazaya-terror-hucumu
Oxunma sayı: 635

“Taliban” terror təşkilatı Əfqanıstanda Məzar-ı Şərif yaxınlığında yerləşən hərbi bazaya hücum təşkil edib.

“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, hadisə nəticəsində 140 əsgər ölüb. 

Qeyd olunur ki, “Taliban”ın 10 silahlısı əsgər uniforması geyinərək ərazidə gizləniblər. Onlar daha sonra yemək yeyən və cümə namazından çıxan əsgərlərə atəş açıblar. 
 
Qruplaşmanın sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, hücum son zamanlar Əfqanıstanda öldürülən “Taliban” liderlərinin intiqamı məqsədilə təşkil olunub.