Əfqanıstanda iki NATO vertolyotu vurulub

efqanistanda-iki-nato-vertolyotu-vurulub
Oxunma sayı: 635

“Azerimuslims.com” xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstadakı Taliban hərəkatının mətbuat xidmətinin açıqlamasında bir müddət əvvəl ölkədə iki NATO vertolyotunun məhv edildiyi bildirilib.

Açıqlamada ölkənin Vardaq şəhərində vurulan vertolyotlardan birində olan 27 amerikalı əsgərin öldüyü qeyd olunub. Habelə açıqlamada Əfqanıstanın Paktika rayonunda NATO-ya məxsus daha bir vertolyotun vurulması nəticəsində 10 əsgərin öldüyü qeyd olunub.

Bununla da son iki gündə ölkədə öldürülən NATO əsgərlərinin sayı 37-ə çatıb.