Əfqanıstanda mina partlayıb, 8 uşaq ölüb

efqanistanda-mina-partlayib-8-usaq-olub
Oxunma sayı: 933

Əfqanıstanda minanın partlaması nəticəsində səkkiz uşaq ölüb, daha altısı yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident ötən gecə Fəryab əyalətində qeydə alınıb. 

Partlayış qurbanları 6-12 yaş arası uşaqlardır. 

Polis baş verənlərə görə “Taliban”ın məsuliyyət daşıdığını açıqlayıb. Hərəkat özü isə insidentlə bağlı şərh verməyib.