Əfqanıstanda növbəti “Taliban” hücumu, 5 polis öldürüldü

efqanistanda-novbeti-taliban-hucumu-5-polis-olduruldu
Oxunma sayı: 748

“Taliban” radikal hərəkatı Əfqanıstanda növbəti hücum həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum ölkənin Qazni vilayətində, əfqan hökumətinin elan etdiyi atəşkəsin ilk günündə baş verib. 

“Taliban” döyüşçüləri partlayıcı yüklənmiş zirehli avtomobili işə salıblar. Nəticədə beş əfqan polisi və 10-dan çox talib öldürülüb. 

Hərəkat isə hücumla bağlı hər hansı şərh verməyib. 

Qeyd edək ki, taliblər son dörd gündə Əfqanıstanda 17 hərbçi və 15 güc strukturu əməkdaşını qətlə yetiriblər.