Əfqanıstanda partlayış - 24 ölü, 42 yaralı

efqanistanda-partlayis
Oxunma sayı: 638

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.

Terrorçu-kamikadze partlayıcı yüklənmiş avtomobili, bu gün səhər saatlarında, şəhərin icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında partladıb. Hadisənin məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.