Əfqanıstanda partlayış - 3 ölü, 45 yaralı

efqanistanda-partlayis
Oxunma sayı: 649

Əfqanıstanda Milli Təhlükəsizlik Direktoratı binasının yaxınlığında partlayış olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” yerli mənbəsinə istinadən xəbər verib.

Hadisənin ölkənin cənubunda yerləşən Kalat şəhərində baş verdiyi məlumdur. Avtomobilin partlaması nəticəsində yerli xəstəxana binası zərər çəkib. Hadisə 3 nəfərin ölümünə, 45 nəfərin yaralanmasına səbəb olub. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.