Əfqanıstanda partlayış olub - Ölən və yaralananlar var

Əfqanıstanda partlayış olub
Oxunma sayı: 219

Əfqanıstanın Pərvan əyalətində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Çarikar şəhərində qeydə alınıb. Şəhərin mərkəzində benzin daşıyan yük avtomobili partladılıb. Nəticədə yaxınlıqda olan sərnişin avtobusu yanıb. Hadisə zamanı 10 nəfər ölüb, daha 25 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, avtobusda 50-dən çox sərnişin olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi