Əfqanıstanda polis qətliamında casus izi - Detallar açıqlandı

efqanistanda-polis-qetliaminda-casus-izi
Oxunma sayı: 1064

“Taliban” terror təşkilatının üzvlərinin Әfqanıstanın qәrbindәki Farah vilayәtinin Bala Buluk qәsәbәsindәki hәrbi bazaya tәşkil etdiyi hücum nәticәsindә 40 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Farah vilayәtinin rәsmisi Hair Mәhәmmәd Nurzey qәsәbәdәki hәrbi bazaya dünәn hücum tәşkil edәn silahlıların bazadakı silah-sursatı әlә keçirdiyini vurğulayıb.

O, hәrbi bazanın tәşkilatın nәzarәtinә keçdiyini də qeyd edib.

Talibandan verilәn açıqlamada isә hücumun tәşkilat ilә әlaqәdә olan altı әsgәrin kömәyi ilә hәyata keçirildiyi iddia olunub.