Əfqanıstanda qətliamlar davam edir

efqanistanda-qetliamlar-davam-edir
Oxunma sayı: 811

“Taliban” terror təşkilatı Əfqanıstanda növbəti qanlı hücumunu həyata keçirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular ölkənin şimalındakı Sari-Pul vilayətinin Səyyad qəsəbəsində iki polis nəzarət məntəqəsinə hücum ediblər.

Atışma nəticəsində 8 mühafizə polisi öldürülüb, 4-ü isə yaralanıb.

Məntəqələr qısa müddətlik terrorçuların əlinə keçsə də, əlavə qüvvələrin hadisə yerinə cəlb olunmasından sonra geri alınıb.

Terrorçuların itkiləri barədə məlumat yoxdur.