Əfqanıstanda qəzada 15 nəfər ölüb, 35 yaralı var

efqanistanda-qezada-15-nefer-olub-35-yarali-var
Oxunma sayı: 672

Əfqanıstanda 10 nəfərdən çox insanın ölümü ilə nəticələnən qəza olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fərəh bölgəsindən Kabilə doğru hərəkət edən avtobus yük maşını ilə toqquşub. Nəticədə 15 nəfər ölüb, 35 nəfər isə yaralanıb. Bölgə rəsmisinin sözlərinə görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Aysel Kərimova