Əfqanıstanda qubernatora bombalı hücum - 8 nəfər öldü + Fotolar

efqanistanda-qubernatora-bombali-hucum
Oxunma sayı: 768

Əfqanıstanın Loqar vilayətinin qubernatoru Məhəmməd Ənvər İshaqzeyin kortecinə bombalı hücum olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terakt zamanı qubernator xəsarət almayıb.

Lakin, kortecdəki 8 mühafizəçi ölüb, 10 nəfər də yaralanıb.

Hücumun məsuliyyətini “Taliban” terror təşkilatı öz üzərinə götürüb.