Əfqanıstanda səfirliklərin olduğu küçədə partlayış - 13 ölü, 13 yaralı + Yenilənib

efqanistanda-sefirliklerin-oldugu-kucede-partlayis
Oxunma sayı: 1405

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış paytaxtın diplomatik məhəlləsi olan Vəzir Əkbər Xanda qeydə alınıb. Həmin məhəllədə xarici ölkələrin səfirlikləri və hökumət binası yerləşir. 

Hücumu İŞİD öz üzərinə götürüb.

Reuters-in məlumatına görə, partlayışda azı 8 nəfər ölüb. Xeyli sayda yaralı var.

***

Terakt nəticəsində ölənlərin sayı 13-ə çatıb. Bundan başqa, 13 nəfər də yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda bir neçə gün öncə şiə məscidində törədilən terror hücumunda 50 nəfər ölmüşdü.