Əfqanıstanda stadionda 3 partlayış, ölü və yaralılar var

efqanistanda-stadionda-3-partlayis-olu-ve-yaralilar-var
Oxunma sayı: 638

Əfqanıstanın Cəlilabad şəhərində baş verən üç partlayışda səkkiz nəfər ölüb, 45 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nanqahar əyalətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə, hər 3 partlayış kriket oyunu zamanı şəhər stadionlarından birində baş verib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də olub. 

“Taliban” hərəkatı partlayışla əlaqəsi olmasını təkzib edib.