Əfqanıstanda “Taliban”la döyüşlər qızışır

efqanistanda-talibanla-doyusler-qizisir-
Oxunma sayı: 644

Bir gün ərzində onlarca hərbçi və qiyamçı həlak olub.

Münaqişənin qəfildən kəskinləşməsinə silahlıların Gülüstan qəzasında Əfqanıstan ordusunun 5 avtomobildən ibarət mühafizə dəstəsinə hücum etməsi səbəb olmuşdur. Rəsmi məlumatlara görə, döyüşdə 3 əsgər həlak olub.

“Taliban” hərəkatının nümayəndələri bildiriblər ki, basqın zamanı 40-a yaxın əfqan əsgəri qətlə yetirilib.

Cavab olaraq taliblərin Gülüstandakı mövqeləri beynəlxalq qüvvələrin hərbi hava qüvvələri tərəfindən zərbələrə məruz qalıb.

Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 30 üsyançı məhv edilmiş, 15 talib yaralanıb.

AzərTAc