Əfqanıstanda terror hücumu, 16 ölü, 40 yaralı

efqanistanda-terror-hucumu-16-olu-40-yarali
Oxunma sayı: 777

Əfqanıstanın Qəndəhar şəhərində  partlayış verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobili terrorçu-kamikadze işə salıb. Əyalət qubernatoru Daud Əhmədi bildirib ki, mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdirməyə imkan tapmayıblar. 

İnsident zamanı altı nəfər ölüb, 37 nəfər yaralanıb. Ölənlər arasında təhlükəsizlik xidməti əməkdaşları və mülki vətəndaşlar var. 

Hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

***

Ölənlərin sayı 16-ya çatıb. Yaralı sayı isə 40 nəfərdir.