Əfqanıstanda terrorda ölənlərin sayı 68-ə çatıb

efqanistanda-terrorda-olenlerin-sayi-68-e-catib
Oxunma sayı: 645

Ötən gün Əfqanıstan etiraz aksiyasının gedişində törədilən terror aktında ölənlərin sayı 68-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaralı sayı isə 165-ə yüksəlib. 

Baş verən terror hadisəsinə görə heç bir radikal qruplaşma, o cümlədən “Taliban” məsuliyyəti öz üzərinə götürmür.

Xatırladaq ki, ötən gün Əfqanıstanda yerli polis şefinin istefası tələbi ilə keçirilən etiraz aksiyasında terrorçu-kamikadze özünü partlatmışdı.