Əfqanıstanda vertolyot qəzaya düşdü - 12 ölü+ Yenilənib

efqanistanda-vertolyot-qezaya-dusdu
Oxunma sayı: 1592

Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlər arasında xarici pilotun olduğu bildirilir. Qəza ölkənin şimalındakı Bəlx əyalətindəki hərbi bazanın ərazisində baş verib.

Vertolyotun göyərtəsində 13 nəfər olub, onlardan 3-ü xarici ölkə vətəndaşıdır. Hadisənin səbəbi kimi texniki nasazlıq göstərilir. 

***

“RİA Novosti” xəbər verir ki, Moldova şirkətinə məxsus vertolyotun Əfqanıstanda qəzaya düşməsi nəticəsində 2-si ekipaj üzvü olmaqla 12 nəfər həlak olub.

Vertolyotun göyərtəsində 3 ekipaj üzvü və 11 sərnişin olub.

Qeyd olunur ki, ekipaj üzvləri Ukrayna vətəndaşları olub.

Bildirilir ki, “Valan International Cargo Charter” şirkətinə məxsus helikopter Məzari-Şərif şəhərindəki aviabazadan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

İnsidentlə bağlı araşdırmalar aparılır.