Əfqanıstandan 20 terrorçu məhv edilib

efqanistandan-20-terrorcu-mehv-edilib
Oxunma sayı: 690

Əfqanıstan ordusunun keçiridiyi əməliyyat nəticəsində “Taliban” terror qruplaşmasının 20 üzvü məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyatlar Hilmənd əyalətində keçirilib. Nəticədə 20 “Taliban” üzvü öldürülüb. Mülki vətəndaş və ordu arasında itki olmayıb. Əməliyyat zamanı silah-sursat da aşkar edilib.

“Taliban” baş verənləri şərh etməyib.