Əfran İsmayılov “Bakı”ya transfer xəbərindən danışdı

efran-ismayilov-bakiya-transfer-xeberinden-danisdi
Oxunma sayı: 764

Bu sözləri “Qafqazinfo”ya “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov haqqında yayılan “Bakı” transferi barədə danışarkən deyib. Əfran hələ ki, “Qarabağ”la davam edən bir müqaviləsi olduğunu və hazırda başqa bir kluba keçməklə bağlı planı olmadığını dilə gətirib: “Mən hazırda “Qarabağ”ın futbolçusuyam və burada oynayıram. Bizim önümüzdə çemoionatın vacib oyunları var. Ona görə də mən başqa heç bir şey haqqında düşünə bilmərəm. Futbolçuya başqa klublardan təklif gəlməsi təbii bir şeydir. Ancaq mənim “Bakıya” keçəcəyimlə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bizim “Qarabağ”la çox böyük arzularımız var. İndidən Avro Liqanın oyunları barədə düşünürəm”.

İqbal