Əfran İsmayılovla Rəşad Abdullayev “Bakı”ya keçir?

efran-ismayilovla-resad-abdullayev-bakiya-kecir
Oxunma sayı: 646

“Zolaqlılar” “Qarabağ”ın şərəfini qoruyan Əfran İsmayılov və “Qəbələ”nin kapitanı Rəşad Abdullayevlə danışıqlar aparıblar. Əldə etdiyimiz xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və hər 2 yarımmüdafiəçinin 2013/14 mövsümündə “Bakı”da oynayacağı istisna deyil.

Hələ qışda heyətinə milli oyunçular qatmağa başlayan “Bakı” Kamran Ağayev, Cavid Hüseynov və Rauf Əliyevi transfer etmişdi. Sonuncunun ardınca “Qarabağ”ın daha bir yetirməsini ələ keçirən paytaxt təmsilçisi Əfranı da aparmaqla, əsas rəqiblərindən olan Ağdam təmsilçisini zəiflədəcək.

Hələ 3-4 ay əvvəl “Qarabağ”dan gedəcəyi haqda söhbətlər yayılan yarımmüdafiəçi də Rauf kimi bu xəbərlər yayılandan təxminən yarım il sonra “Bakı”ya üz tutub.