Əfv fərmanı imzaladı - Qədr gecəsinə görə

efv-fermani-imzaladi
Oxunma sayı: 648

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov Ramazan ayında Qədr gecəsi ilə əlaqədar əfv fərmanı imzalayıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu fərman çərçivəsində 1029 məhbus cəzaların qalan hissələrindən azad ediləcək.

Q. Berdımuhamedov əfv olunanların məşğulluq məsələsinin həll olunması üçün müvafiq orqanlara tapşırıqlarını da verib.