Əfv Komissiyası yenidən toplandı - 100-dən çox müraciətə baxıldı

efv-komissiyasi-yeniden-toplandi
Oxunma sayı: 1682

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
 
“Qafqazinfo”nun məlumatına görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
 
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər təqribən 400 müraciətə baxıb. Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub. 

Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.