Əfv Komissiyasının iclasları yekunlaşdı

efv-komissiyasinin-iclaslari-yekunlasdi
Oxunma sayı: 1137

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb.
 
“Qafqazinfo”nun xəbərinə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
 
İndiyədək 1100-dək müraciətə baxılıb.
 
Bununla da, komissiya işini yekunlaşdırıb.
 
Əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.