Əfv Komissiyasının növbəti iclası keçirilib

Əfv Komissiyasının növbəti iclası keçirilib
Oxunma sayı: 1045

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə komissiyanın üzvü Əlməmməd Nuriyev deyib.

Ə.Nuriyev bildirib ki, bu günkü iclasda da əfvlə bağlı müraciətlərə baxılıb, müzakirələr aparılıb.

Ə.Nuriyev komissiyanın növbəti iclasının vaxtının hələ təyin edilmədiyini qeyd edib.

Qeyd edək ki, komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi