Əfv olunmaq istəyənlərin çoxu bu cinayətə görə həbs olunub

Əfv olunmaq istəyənlərin çoxu bu cinayətə görə həbs olunub
Oxunma sayı: 1159

"Biz Əfv Məsələləri üzrə Dövlət Komissiyasına müraciət edənləri fəal və ya qeyri-fəal olmasına görə fərqləndirmirik. Hər bir müraciətə Komissiyanın əsasnaməsində nəzərdə tutulmuş qaydada baxılır". 

Bunu “Qafqazinfo”ya açıqlamasında Əfv Məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, bütün müraciətlər hərtərəfli araşdırılır və müvafiq rəylə bağlı tövsiyə xarakterli qərar qəbul edilir: “Komissiyaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Bunlar sağlamlıq, mülkiyyət, ictimai qayda, nəqliyyat əleyhinə, o cümlədən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə bağlıdır. Müraciətləri xüsusi olaraq fərqləndirmək mümkün deyil”.

Onun sözlərinə görə, hər cinayətə fərdi qaydada yanaşılır: “Xüsusilə də mülkiyyət və nəqliyyat əleyhinə, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə bağlı daxil olan müraciətlər daha çoxluq təşkil edir. İndiyə kimi yüzlərlə müraciətə baxılıb. Artıq iclaslar yekunlaşmağa doğru gedir”

Ə. Nuriyev vurğulayıb ki, konkret bir şəxsin əfv olunub olıunmayacağı barədə fikir söyləməkdə səlahiyyətli deyil: “Əfv etmək cənab prezidentin müstəsna konstitusion səlahiyyətindədir. Komissiya yalnız konfedensial qaydada bu və ya digər şəxsin əfvi ilə  bağlı tövsiyə xarakterli rəylər hazırlayır. “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar əldə etmək haqqında” qanunların tələblərinə görə hər hansı şəxs haqqında onun şəxsi məlumatları  barədə məlumat vermək düzgün deyil. Bu qanunla qadağan edilib. Bu yalnız şəxsin özünə aiddir. Şəxs özü və ya onun üçün müraciət etmiş şəxslər bu haqda məlumat verə bilər. 

Digər tərəfdən müzakirələrin hansı nəticələrə gətirib çıxarması  barədə rəylər vermək də yanlışdır. Bu etik qaydaların pozulması kimi qiymətləndirilə bilər. Çünki Komissiyada işgüzar müzakirələr gedir. Bunlar haqqında da məlumat vermək doğru deyil”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi