“Əfv sərəncamı bizim üçün ikiqat bayram oldu” - Hacı Zülfüqar + Video

efv-serencami-bizim-ucun-ikiqat-bayram-oldu
Oxunma sayı: 4431

“Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması Azərbaycan xalqı üçün ikiqat bayram olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Real TV”yə açıqlamasında Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan Zülfüqar Mikayılov deyib.

Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsindən bu gün azadlığa buraxılan Mikayılov bildirib ki, əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması çox sevindiricidir:

“Bu, bizim üçün ikiqat bayram oldu. Buna görə xüsusi təşəkkür edirəm. Bayram ərəfəsində hər kəs öz evində olmaq istəyir. Bu bayramın şadlığını daha da artırır. Çünki hansısa evdə məhkum olursa, o evdə bayramın sadəcə adı olur”.