Əfvə düşən NİDA-çıların adları məlum oldu- - Siyahı+Yenilənir

efve-dusen-nida-cilarin-adlari-melum-oldu-
Oxunma sayı: 5323


Bu barədə "Qafqazinfo"ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, Monitorinq Qrupunun təqdim etdiyi siyahıda bu şəxslər əfv olunub. Onlar- NİDA-çı Şahin Novruzlu, keçmiş NİDA-çılar Bəxtiyar Quliyev, Mürsəlli Elsevər, “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlidir. 

Qeyd edək ki, sözügedən hər bir şəxs prezident İlham Əliyevə əfv üçün müraciət etmişdi.

***

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əfv sərəncamı 100-ə yaxın məhbusa şamil edilib.

Murad Əhməd