Əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb

efvle-bagli-100-e-yaxin-muraciete-baxilib
Oxunma sayı: 1482

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə Komissiyanın üzvü Əlməmməd Nuriyev deyib.

O qeyd edib ki, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın 30 yanvar tarixində keçirilən iclasında əfvlə bağlı 100-dək müraciətə baxılıb.

Ümumilikdə isə komissiyaya 1000-ə yaxın müraciət daxil olub.