“Əgər Azərbaycan çöksə…” - Saakaşvili

eger-azerbaycan-cokse-saakasvili
Oxunma sayı: 634

Saakaşvili Rusiya prezidentinin Azərbaycan neftinin bu ölkədən tranzitinə son qoyulması ilə bağlı verdiyi qərara münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Mixail Saakaşvili bu barədə Vaşinqtonda gürcü telekanalına verdiyi müsahibəsində danışıb: “Rusiya Azərbaycan neftinin tranzitini dayandıraraq ona təzyiq etməyə çalışdı. Əgər Azərbaycan çöksə, bu bütün regiona mənfi təsir edəcək”.

Gürcüstan prezidenti onu da qeyd edib ki, ancaq Azərbaycanın inkişafı bütün regionun inkişafını təmin edə bilər: “Bu situasiyada Azərbaycana dəstək çox vacibdir və bu dəstək dəqiq və davamlı olmalıdır”.