“Əgər kişi qısqanırsa, deməli, sevir” fikri doğrudur?

eger-kisi-qisqanirsa-demeli-sevir-fikri-dogrudur
Oxunma sayı: 3723

“Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yanlış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri psixoloq Vəfa Əkbər sosial şəbəkədə “Patoloji qısqanclıq” və ya “Otello sindromu” barədə məlumat verən zaman yazıb. Psixoloqun sözlərinə görə, özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar:

“İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.

Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır.

Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budur.

Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz”.