“Əgər səbir etsən, İlahi təqdir həyata keçər”

eger-sebir-etsen-ilahi-teqdir-heyata-kecer
Oxunma sayı: 2484


Əgər bu ayəyə diqqət etsək, görərik ki, Allah buyurur ki, çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir. Ancaq buyurmur ki, həmin şey yaxşıdır, bəlkə deyir ki, siz düz bilirsiniz, həmin şey pisdir. Lakin həmin pis şeydə sizin üçün çox sayda xeyir vardır. Bu mənada ki, bu xeyir birbaşa sizə şamil olmur, bəlkə müəyyən şərtlərlə sizə aid olur. Bu şərtlərdən biri də səbirdir. (Tebyan)

İmam Baqir (ə) buyurur: “Həqiqətən Allah Təala kişilər üçün cihadı təyin etmişdir. Qadınlar üçün də cihadı nəzərdə tutmuşdur. Kişilərin cihadı odur ki, din və məmləkəti hifz etmək üçün mal və canlarını bağışlasınlar. Allah yolunda öldürülsünlər. Ancaq qadınların cihadı budur ki, ərlərinin əziyyətinə və qeyrət göstərməklərinə səbir edib, dözsünlər”.

Hekayələrin birində deyilir ki, bir xəsis insanın soğandan zəhləsi gedirmiş. O, cinayət işlədir. Cəza olaraq ona soğan yeməyə məhkum edirlər. Ancaq o, imtina edir və ondan istəyirlər ki, yüz dirhəm versin. Xəsis o pulu verməkdən də imtina edir. Nəhayət onu yüz şallaq vurulmağa məhkum edirlər. O, qəbul edir. Sonuncu şallağı vuran zaman taqəti qalmır və fəryad çəkir ki, soğanı yeyirəm. Soğanın yarısını yeyib taqət gətirmir və əlini cibinə aparıb yüz dirhəmi verir.

Bir çoxlarımızın vəziyyəti bu hekayədə olduğu kimidir. Həm çətinliyə dözməyi qəbul edirik, həm də sonrakı ziyanları ödəyirik. Həm dünyamızı veririk, həm də axirətimizi. Halbuki, əgər bir qədər səbir etsəydik, sonrakı ziyanları da ödəməzdik, axirət savabına da çatardıq.

İmam Əli (ə) buyurur: “Əgər səbir etsən, İlahi təqdir həyata keçər, haqqı tələb olunan olarsan. Əgər taqətsizlik etsən, yenə də İlahi təqdir həyata keçər, ancaq günahkar olarsan”.

Səbir elə bir sifətdir ki, hər birimizin həyatını dəyişdirə bilər. Bizim çətinliklərə olan baxışımızı əvəz edə bilər, ardınca həyatımız da dəyişər.

Nəql edirlər ki, Sokratın həyat yoldaşı çox pis əxlaqlı və söyüş söyən bir qadın idi. Ancaq Sokrat onun bu halına səbir edərdi. Bir gün həyat yoldaşı insanların içində onu təhqir etməyə başladı, ancaq Sokrat sakit durur. O zamana qədər ki, arvadı əsəbləşir və paltarın çirkli suyunu başına və üzünə tökür. Orada olanlar qadının bu rəftarına etiraz edirlər. Ancaq Sokrat cavab verir: “Guruldamağın əsəri ildırımdır. Sıçrayişın əsəri şimşəkdir. Sonu yağış və qarın gəlməsidir”.

Yəni insan əgər həyat yoldaşının zəif cəhətlərinə səbir etsə, sonunda elə kamallar əldə edər ki, heç bir yolla onu əldə edə bilməzdi. Ona görədir ki, İmam Əli (ə) buyurur: “Səbirlə ali məqamlara çatmaq olar”. Əgər insan çətinliklərə bu çərçivədən baxsa, onu heç bir şey əldən sala bilməz. Həyatda baş verən hər bir xoşagəlməz hadisə günahlarımızın kəffarəsi ola bilər və bizi mənəvi məqama çatdırar. Belə ki, hədislərin birində oxuyuruq ki, əgər mömin bir gecə qızdırarsa, cəhənnəm atəşi 70 il ona soyuq olar. Bundan gözəl nə müjdə olar ki, bir gecə hərarətin olsun və 70 il cəhənnəm atəşindən nicat tapasan.

Allah Təala buyurur ki, sabirləri sevirəm. Və o biri tərəfdən isə insanları əxlaqlı olmağa dəvət edir. Belə ki, Peyğəmbər (s) buyurur: “Hər qadın və ya kişi həyat yoldaşına əziyyət verərsə, Allah onun namazını, başqa ibadətini və yaxşı işlərini qəbul etməz. Baxmayaraq ki, davamlı gecə oyaq qalar və gecə namazı əhlindən olar. Gündüzləri oruc olar və Allah yolunda çoxlu malını infaq etmiş olar. Əgər bu vəziyyətdə ölərsə, cəhənnəmdə münafiqlərlə yoldaş olar. Məgər ölməmişdən əvvəl tövbə edər və həyat yoldaşından halallıq istəyər”.

Beləliklə, deyə bilərik ki, qarşımızda iki yol var. Yolumuzu seçən zaman onu hərtərəfli düşünək. Deyerler.org