“Əgər ziddiyyətlər aradan qalxarsa...”

eger-ziddiyyetler-aradan-qalxarsa
Oxunma sayı: 634

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Hərəkatı Forumunun sədri Qurban Məmmədov deyib. Onun sözlərinə görə, artıq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə görüş baş tutub: “Ötən həftə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu mənim də iştirakımla Əli bəylə görüşdü. Əli bəyin mövqeyi belə oldu ki, əgər ziddiyyətlər aradan qalxarsa o, zirvə toplantısında iştirak edə bilər”.

Q. Məmmədov qeyd edib ki, sabah Müsavatın qərargahında Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüş baş tutacaq. Bundan sonra zirvə toplantısının vaxtı müəyyənləşdiriləcək.

Fatimə Kərimli