Egey dənizində 73 nəfər xilas edildi

egey-denizinde-73-nefer-xilas-edildi
Oxunma sayı: 737

Egey dənizinin Türkiyə sahillərində miqrantları daşıyan qayıq batma təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Sahil Təhlükəsizliyi əməkdaşları yardıma gedərək, qayıqdakı 71-i miqrant, ikisi də təşkilatçı olmaqla 73 nəfəri xilas edib.

Qayıqdakı miqrantlardan 50-si kişi, 21-i isə uşaq olub. Onların 65-i Pakistan, 3-ü Hindistan, 2-si Nepal və 1-i Bangladeş əsillidir.

Miqrantlar polis idarəsində sorğudan sonra Əcnəbilər Şöbəsinə təhvil verilib. Biri qadın olmaqla iki təşkilatçı isə Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə həbs edilib.