Əhali ən çox bu nəqliyyat vasitələrindən istifadə edir

ehali-en-cox-bu-neqliyyat-vasitelerinden-istifade-edir
Oxunma sayı: 1230

2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,3 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalma müşahidə olunub.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, yüklərin 4,3 faizi dəniz, 6,6 faizi dəmir yolu, 0,1 faizi hava, 58,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,1 faiz artaraq 23,7 milyon ton təşkil edib.

2018-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 299,2 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstərib.

Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.