Əhali Eqora etiraz etdi, konsert olmadı

ehali-eqora-etiraz-etdi-konsert-olmadi
Oxunma sayı: 2084

Rusiyanın məşhur rep ifaçısı Eqor Kridin Dağıstandakı konserti ləğv edilib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Kridin özü instaqram səhifəsində məlumat verib. 

Repçi bildirib ki, onun sentyabrın 9-da Maxaçqaladakı konserti baş tutmayıb:

“Qeyri-sabit vəziyyətə görə konsertə gəlmək istəyənlərin həyatını riskə atmaq istəmirik. Yaranmış vəziyyətə görə təəssüf edirik və ümid edirik ki, leyblın artistləri Dağıstanda yaxın gələcəkdə çıxış edə biləcəklər”.

Qeyd edək ki, yerli əhali Eqora qarşı sosial şəbəkələrdə kampaniyalar apararaq repçinin ünvanına tənqid və təhqirlər yazırdı.  Onlar E. Kridi kişi kimi qəbul etmədiklərini bildirirdilər.