Əhali ərzağa 1.4 milyard pul xərcləyib

Əhali ərzağa 1.4 milyard pul xərcləyib
Oxunma sayı: 333

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 2 794,6 mln. manata bərabər olub. 

“Qafqazinfo” Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 411,4 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 383,2 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri ötən ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7% və 3% üstələyib.

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların 6,1%-i elektrik malları və mebellərin 5,8%-i avtomobil yanacağının 1,3%-i əczaçılıq və tibbi malların 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar ayında istehlak məhsullarının 14 %-i, ticarət müəssisələri 52,9%-i fərdi sahibkarlar tərəfindən 33,1%-i isə bazar və yarmarkalarda satılıb.

Keçən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,8%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalar üzrə isə 0,2% azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 285,7 manat və ya ötən ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi