“Əhali köçürüləcək” - Video

ehali-kocurulecek-video
Oxunma sayı: 666

"Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yolun ətrafında, sürüşmə zonasında yerləşən evlərin sakinləri köçürüləcək".

Bu barədə baş nazirin müavini Abid Şərifov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı artıq hökumət qərar verib. ”Əhali tezliklə köçürüləcək. İşıq və su xətti bağlanacaq. Geoloji araşdırmalar aparılır. 10-15 günə layihə təhvil veriləcək və iş başlanacaq”.

A. Şərifov bildirib ki, hazırda ərazidəki 7 evdən yalnız 5-də yaşayış var.