Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

ehalinin-banklarda-8-milyarddan-cox-emaneti-var
Oxunma sayı: 760

2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8 milyard 140 milyon manat təşkil edib.

“Qafqazinfo”nun məlumatına görə, əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.

2018-ci il noyabr ayının 1-nə isə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 281,3 milyon manat təşkil edib, onun 9 milyard 779,1 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.