Əhalinin banklarda nə qədər pulu var?

ehalinin-banklarda-ne-qeder-pulu-var
Oxunma sayı: 2443

İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 867,5 milyon manat təşkil edib.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əmanətlərin 62,9 faizi xarici, 37,1 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 3,0 faiz azalıb.