Əhalinin gəlirləri 12 milyard manatı ötüb- - Statistika

ehalinin-gelirleri-12-milyard-manati-otub-
Oxunma sayı: 2999


“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 3,3 faiz olub.

Bu dövr ərzində gəlirlərin 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 11,0 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,0 faiz artıb.